EN

İsrail-İran müharibəsinin ALTINCI GÜNÜ

İyunun 13-də İsrailin "Yüksələn Aslan" hücumu və İranın "Əsl vəd" adlandırdığı cavab tədbirləri ilə başlayan müharibə 6-cı gününə qədəm qoyub.

News24.az NTV-yə istinadən xəbər verir ki, İsrailin hücumları nəticəsində ən azı 224 nəfər, o cümlədən İran Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun komandanı Səlami kimi yüksək rütbəli hərbçilər həlak olub.

İran isə cavab olaraq Təl-Əviv, Qüds və Hayfanı hədəfə alaraq yüzlərlə ballistik və hipersəs raketləri, habelə pilotsuz uçuş aparatları (PUA) atıb.

İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini aşması nəticəsində İsraildə ən azı 24 nəfər həyatını itirib.

***

Qarşılıqlı hücumlar altıncı gecə də davam edib.

Bildirilib ki, İsrailin hava hücumundan müdafiə sistemləri bu gecə İrandan atılan raketlərə qarşı müqavimət göstərə bilmədikdən sonra bir neçə raketin İsrailə düşməsi nəticəsində yanğın başlayıb və binaya ziyan dəyib.

İsrailin “Hayom” qəzeti ilkin məlumatlara görə, ən azı iki raketin Qüds və Tel-Əviv yaxınlığındakı Şaron bölgəsinə düşdüyünü bildirib.

Kanal 12 İsrailin mərkəzində bir binanın İranın raket hücumları nəticəsində zədələndiyini və yanğınsöndürənlərin yanan 20 avtomobilə müdaxilə etdiyini bildirib.

Şimal bölgəsində raket parçalarının bir binanın üzərinə düşdüyü, İran raketlərinin və ya parçaların düşməsi nəticəsində açıq ərazilərdə çoxlu yanğınların baş verdiyi də deyilir.

***

İsrail ordusu İrana qarşı son hücumlarında sentrifuqa istehsalı müəssisəsini və bir çox silah istehsalı məntəqəsini vurduğunu iddia edib. 

İsrail ordusundan verilən açıqlamada, son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsinin paytaxt Tehrana bir sıra hava hücumu təşkil etdiyi bildirilib. Açıqlamada bu hücumların məqsədinin “İranın nüvə silahı inkişaf etdirmə proqramını pozmaq səylərinin bir hissəsi” olduğu və “Tehrandakı sentrifuqa istehsalı obyektinin hədəf alındığı” bildirilib.

İsrail ordusu hücumlar zamanı bir neçə silah istehsalı obyektinin, o cümlədən xammal istehsalında istifadə edilən obyektlərin və yer-yer raketlərinin istehsalında istifadə olunan hissələrin vurulduğunu iddia edib.

Günel Məlikzadə

Chosen
6
news24.az

1Sources