EN

Salifu Suma Rusiya klubunun maraq dairəsində

"Zirə"nin futbolçusu Salifu Suma Rusiya klubunun maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, bu barədə "Legalbet.ru" məlumat yayıb.

Bildirilib ki, "Torpedo" 21 yaşlı qvineyalını heyətinə qatmaq istəyir. Klub vinger üçün bugünlərdə "Zirə"ə ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Suma ötən mövsüm bütün turnirlərdə "Zirə"nin heyətində 41 oyuna çıxıb. O, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Chosen
13
1
idman.biz

3Sources