EN

Avtomobil oğrularının sevimli markaları

Yazını böyüt
Yazını kiçilt

Bu ilin əvvəlindən Rusiyada avtomobil oğurluğunda nəzərəçarpacaq artım var. “Alfa Sığorta”nın məlumatına görə, yanvar-may dövründə avtomobil oğurluğu əvvəlki illə müqayisədə 30 faiz artıb.

Hafta.az-ın yazdığına görə, ən çox oğurlanan markalar arasında “Lada” birinci, “Hyundai”, “Kia”, “Renault” və GAZ üçüncü yerdədir.

Çin markaları avtomobil parkında az payı və ehtiyat hissələrinə tələbatın məhdud olması səbəbindən daha az hədəflənir.

Oğurluq hadisələri ən çox Moskva və Sankt-Peterburqda qeydə alınsa da, Kurks, Həştərxan və Udmurtiya kimi regionlar da ilk dəfə siyahıya düşüb.

Ekspertlər artımın əsas səbəbini ehtiyat hissələrinə tələbatın artması və əhalinin alıcılıq qabiliyyətinin azalması ilə izah edirlər. Köhnə təhlükəsizlik vərdişlərindən əl çəkməsi və bəzi xarici avtomobil markalarının zavodda quraşdırılmış təhlükəsizlik sistemlərinin zəifliyi də oğruları həvəsləndirir. Xüsusilə “Lada” kimi ümumi modellər və “Honda”, “Kia” kimi asan hədəflər ön plana çıxır.

Mütəxəssislərin fikrincə, oğurlanan avtomobillərin əksəriyyəti artıq birbaşa istifadə üçün deyil, sökülməsi və satışı üçün oğurlanır. “Za Rulyom” jurnalının baş redaktoru Maksim Kadakovun sözlərinə görə, iqtisadi çətinliklərin artması bəzi insanları avtomobil oğurlamağa sövq edir. Çin avtomobil markalarının parklanma payları artdıqca bir neçə ildən sonra oğurluq statistikasında daha çox görünəcəyi gözlənilir.

Chosen
19
hafta.az

1Sources