EN

Müharibədə qorxulan oldu - İrandan nüvə təhdidi

Xəbər verdiyimiz kimi, İsrail 13 iyunda İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla, ordunun ali komandanlıq heyətini də hədəf alan genişmiqyaslı hücumlar həyata keçirib. İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bəzi yüksək rütbəli komandirlər, eləcə də 9 nüvə alimləri hücumlar nəticəsində həlak olub, ümumi mülki itki sayı isə 224 nəfər olaraq açıqlanıb. 

İran ordusunun İsrailə ballistik raketlərlə verdiyi cavab zərbəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib. 

Qarşılıqlı hücumlar altıncı gecə də davam edib.

News24.az Haberler-ə istinadla bildirir ki, müharibə hər keçən gün daha da şiddətlənərkən, İran nüvə başlığı ilə təhdid mesajı yayımlayıb.

İran dövlət mediası miniatür bir nüvə döyüş başlığının görüntüsünün yer aldığı videonu “Bəlkə” başlığı ilə paylaşıb.

Həmin videonu təqdim edirik:

Günel Məlikzadə



Chosen
3
2
news24.az

3Sources