EN

Paşinyan məşhur biznesmeni həbsə atır - FOTO

Ermənistanda siyasi həbslərlə yanaşı biznesmenlərə qarşı da təzyiqlər artmaqdadır. Bu barədə yerli media yazıb.

"ArmLur" nəşrinin yaydığı məlumata görə, gecə saatlarında polis idarəsinə aparılan məşhur iş adamı Samvel Karapetyan sonradan ibtidai istintaq orqanına təhvil verilib.

Yayılan xəbərlərdə o da vurğulanıb ki, Karapetyan hazırda İstintaq Komitəsindədir.

"Çox güman ki, yaxın vaxtlarda onun barəsində cinayət işi açılacaq", -nəşr yazıb.

İş adamının həbsinin hazırlanması siyasətçilər arasında da narazılığa səbəb olub. Erməni Milli Konqresinin rəhbəri Edmon Marukyan özünün Facebook səhifəsində yazıb: "Nikol, sən reallıq hissini itirmisən. Samvel təcili şəkildə azad et! Tələs!".

Qeyd edək ki, Karapetyan Moskvaya bağlı iş adamı kimi tanınır. O, Paşinyana qarşı çıxıb. Baş nazir kilsə əleyhinə kampaniya aparsa da, Samvel bunun əksini nümayiş etdirərək Erməni Apostol Kilsəsini dəstəklədiyini göstərib. 

Tural

Chosen
9
news365.az

1Sources