EN

Beyləqanda tibb işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Beyləqanda səhiyyə işçilərinin iştirakı ilə geniş tərkibli ziyafət tədbiri təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə əlamətdar günün təsisçisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidəsi ziyarət edilib.

“Toğrul” şadlıq sarayında davam edən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının nümayəndələri, Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin rəhbərliyi və səhiyyə işçiləri iştirak ediblər.

Əziz Əzizov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların fədakar və məsuliyyətli fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, ölkədə səhiyyə sisteminin inkişafı, tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir və bu sahədə görülən işlər Beyləqan rayonunda da ardıcıl olaraq davam etdirilir.

Daha sonra aralarında şəhid ailə üzvləri də olmaqla bir qrup tibb işçisinə peşə bayramı münasibətilə Beyləqan RİH başçısının Fəxri Fərmanı və hədiyyələri təqdim olunub.

Tədbirdə çıxış edən digər natiqlər peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik etmiş, dövlətin tibb sahəsinə göstərdiyi diqqətdən, yeni texnologiyaların tətbiqindən, son illər TƏBİB-in və İcbarı Tibbi Sığortanın yaranması ilə əldə olunan uğurlardan və səhiyyəsinin tarixindən söz açıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.











Chosen
6
qafqazinfo.az

1Sources