EN

“Qarabağ”ın rəqibi məlum olacaq

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi məlum olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

“Qarabağ”ın potensial rəqibləri “Riyeka” (Xorvatiya) və “Pafos” (Kipr), həmçinin ilk raundda üz-üzə gələcək “Jalqiris” (Litva) – “Hamrun Spartans” (Malta), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS – “Şkendiya” (Şimali Makedoniya), “Levadiya” (Estoniya) – RFS (Latviya), “Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq), “Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq), “Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya), “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya), “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) və “Noa” (Ermənistan) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.

Chosen
13
21
futbolpress.az

10Sources