Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, altıncı yarış günündə millimizin daha bir idmançısı mübarizəyə qoşulacaq.
Dünya çempionatı
Kişilər
İlk mərhələdən azad olan Zelim Kotsoyev (100 kq) 1/16 finalda Jared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) cütünün qalibini gözləyir.
Qeyd edək ki, dünya çempionatında millimizin heyətində hələlik Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.