EN

Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlandı

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə "Xəzər bağları" ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 kalibrli “AKS” markalı “Kalaşnikov” avtomatı və 16 kalibrli, “TOZ-63” markalı ov tüfəngi tapılıb.

Tapılan silahlar aidiyyatı üzrə təhvil verilib.

Chosen
25
4
bakivaxti.az

9Sources