ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə qoşulacaq.
Yarışın altıncı günündə 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Zelim Kotsoyev tatami üzərinə çıxacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. 27 yaşlı idmançımız Jared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, indiyədək Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. Yeddi kişi cüdoçudan isə Zelim Tçkayev 81 kq çəki dərəcəsində, Elcan Hacıyev isə 90 kq-da bürünc medal qazanıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.