EN

Şimali Makedoniya heyəti Milli Məclisdə

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

Əvvəlcə Assambleyanın sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Afrim Qaşi Xatirə kitabını imzalayıb.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından məmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Qonağın səfərinin əhəmiyyətini vurğulayan parlamentin sədri, bu səfərin parlament sədrləri səviyyəsində ilk belə səfər olduğunu, onun iki ölkə və qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan və Şimali Makedoniya arasında siyasi, iqtisadi, mədəni-humanitar, təhsil və elm sahələrini əhatə edən ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin müstəsna rolu vurğulanıb, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın bu ilin mart ayında ölkəmizə rəsmi səfərinin və keçirilən səmərəli müzakirələrin əhəmiyyəti qeyd olunub. Ali qonaqla görüşünü məmnuniyyətlə xatırlayan Sahibə Qafarova həmin səfərin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib.

Assambleyanın sədri Afrim Qaşi ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirərək, Bakıya valeh olduğunu, son illər Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər və yüksək inkişaf dinamikasının Azərbaycan xalqının böyük əzm və səylə çətinliklərin öhdəsindən gəldiyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O, Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha da genişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanın yerləşdiyi regionda mühüm geosiyasi əhəmiyyətə malik ölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

XQ

Chosen
20
15
xalqqazeti.az

10Sources