EN

Kapital Bankın kuryer problemi

ain.az, Azpost portalına istinadən məlumat verir.

Kapital Bankın xidmət keyfiyyəti ilə bağlı daha bir narazılıq sosial şəbəkələrdə geniş müzakirə doğurub.AzPost xəbər verir ki, Elçin Zodorov adlı müştəri 80 manatlıq “Miles” kart sifariş etdikdən sonra bankın verdiyi vədi yerinə yetirmədiyini bildirib.

Zodorovun sözlərinə görə, sifariş zamanı kartın çatdırılmasını xüsusi olaraq seçib, çünki iş saatlarında banka getməsi mümkün olmayıb. Lakin çatdırılma günü bankdan ona mesaj göndərilərək bildirilib ki, kart çatdırıla bilmir və bir həftə sonra müəyyən filialdan gəlib götürməsi lazımdır.

“Axı mən sırf çatdırılma üçün bu kartı seçmişdim. Siz söz vermisiniz ki, kart ünvanıma çatdırılacaq,” – deyə vətəndaş qeyd edib. Müştəri bank operatorları ilə əlaqə saxladığını, lakin onların yalnız “mümkün deyil” cavabını verdiyini bildirib.

Ən maraqlısı isə səbəb kimi “kuryerdə problem olub” deyilməsidir. “Bax, axı bu mənim problemim deyil. Olubsa, həll edin. Belə çıxır ki, mən də sabah kredit götürüb ödəniş etməyəndə ‘problem oldu’ deyə bilərəm?” – deyə narazılığını ifadə edib.

Kapital Bankın rəsmi “Birbank” səhifəsi isə yalnız şəxsi məlumatların mesaj vasitəsilə göndərilməsini istəyib və konkret izahat verməyib.

Sosial şəbəkə istifadəçiləri isə hadisəyə ironik yanaşıblar. Bəziləri Kapital Bankın “bircə kuryerlə işlədiyini” deyərək istehza edib, digərləri isə hadisəni “dönər sifarişinə bənzədərək” belə bir xidmət səviyyəsinə malik banka güvənməyin risklərini vurğulayıblar.

Ekspertlər hesab edir ki, bank kimi qurumların “çatdırılma xidməti” təklif edərək bu xidməti yerinə yetirməməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Əgər müştəri bu xidmətə görə əlavə ödəniş edibsə, bu artıq müqavilə pozuntusudur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azpost.info

2Sources