EN

Zelim Kotsoyev dünya çempionatında mübarizəyə başlayır

Bakı, 18 iyun, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarış altıncı günündə Azərbaycanın daha bir idmançısı mübarizəyə start verəcək.

100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 finalda Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir.

Yığma üzvlərindən Zelim Tçkayev (81 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) bürünc medal qazanıblar. Milli komanda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

 

Chosen
10
1
azertag.az

2Sources