EN

Avstriyalı döyüşçü: Bakıdakı UFC turnirin bir parçası olacağım üçün xoşbəxtəm

Bakı, 18 iyun, AZƏRTAC

Xoşbəxtəm ki, Bakıdakı tarixi turnirin bir parçası olacağam.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində döyüşəcək avstriyalı idmançı Boqdan Qrad mətbuat konfransında deyib.

O, rəqibinə vaxtından əvvəl qalib gəlmək istədiyini bildirib: "Döyüşümü sona kimi aparmaq istəmirəm. UFC böyük yarışdır və burada uğurlu nəticə əldə etmək niyyətindəyəm. Bilirəm ki, məni dəstəkləyənlər çox olacaq. Hazırda bütün diqqətimi bu yarışa yönəltmişəm".

Qeyd edək ki, Boqdan Qrad iyunun 21-də Bakı Kristal Zalında Tacikistandan olan Muhammad Naimovla üz-üzə gələcək.

Chosen
9
azertag.az

1Sources