EN

QDİƏT PA nümayəndələri Qarabağa səfər edəcəklər

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndələri Qarabağa səfər edəcəklər".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın plenar iclasında çıxışında deyib.

Spiker bildirib ki, nümayəndələr Qarabağa səfər çərçivəsində Ermənistanın işğal dövründə dağıtdığı ərazilər və bu ərazilərin indi necə bərpa olunduğuna şahid olacaqlar:

"Bu bərpa və quruculuq işləri qarşımızda yeni imkanlar açır. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. İnanıram ki, QDİƏT PA-nın 65-ci sessiyası əməkdaşlığımıza yeni töhfələr verəcək, ölkələrimiz arasında güclü əlaqələr yaradacaq".

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
oxu.az

1Sources