Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iclasının iştirakçıları azad edilmiş ərazilərə səfər edəcək.
APA xəbər verir ki, bunu Milli Məclisində keçirilən QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
“Siz 30 il işğal dövründə regionumuza vurulan zərərlərlə tanış olacaqsınız”, - deyə Sahibə Qafarova bildirib.