Idman.biz saytına istinadən ain.az xəbər verir.
"Bakı çox möhtəşəm şəhərdir. Azərbaycandakı yarış yüksək səviyyədə təşkil olunur".
İdman.biz "Report"a istinadən xəb ər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək Halil Rauntri mətbuat konfransında deyib.
ABŞ-dən olan idmançı azərbaycanlıların qonaqpərvər olduğunu bildirib: "Buranı heç unutmayacağam. Azərbaycanda hər şey yüksək səviyyədədir. Ən gözəl azarkeşlər məhz buradadır. Uyğunlaşmaq üçün Bakıya tez gəlmişəm. Son döyüşdə məğlub olmuşam. Ən yaxşı çıxışımı Bakıda görəcəksiniz".
35 yaşlı döyüşçü Camal Hilllə qarşılaşmada qalib gəlmək istədiyini bildirib: "Sadəcə bu görüşə köklənmişəm. Məqsəd isə qalibiyyətdir".
Qeyd edək ki, Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rauntri Camal Hilllə üz-üzə gələcək.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.