EN

Kiyevə kütləvi hücum: qurbanların sayı artır

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Ukrayna paytaxtı Kiyevə hücumu nəticəsində itkilərin sayı 22 nəfəri ötüb.Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti bildirib.Gecə saatlarında Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri Kiyevin Solomenski rayonunda axtarış işlərini davam etdirib. Rusiya hücumunun daha beş qurbanının cəsədi dağıntılar altından çıxarılıb.Bu gün səhər saatlarına olan məlumata görə, 16 nəfərin meyiti qismən dağılmış doqquzmərtəbəli binanın dağıntıları altından çıxarılıb. İş davam edir.Xilasedicilər dəqiqləşdiriblər ki, iyunun 17-də Rusiyanın kütləvi atəşə tutulması nəticəsində Kiyevdə 22 nəfərin ölüb.Qeyd edilir ki, iyunun 17-də Kiyev bu ilin ən böyük hücumuna məruz qalıb. Rusiya 30-dan çox raket və 440-a yaxın pilotsuz uçan aparat atıb, paytaxtın yaşayış məntəqələrini və mühüm infrastruktur obyektlərini vurub.E. KAMAL Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
reyting.az

2Sources