EN

Kubinkada dəhşət: Svaylar uçdu, ekskavator beton altında qaldı - VİDEO

Kubinkada dəhşət: Svaylar uçdu, ekskavator beton altında qaldı - VİDEO

Kubinka adlanan ərazidə sakinlər təhlükə ilə üz-üzə qalıblar.

Ajans.az xəbər verir ki, Kubinka deyilən ərazidə bina özülü qazıntısı aparan RR Construction Şirkətinin ekskavatoru sürüşmə nəticəsində beton altında qalıb.

Sürücünün taleyi barədə məlumat verilmir. Görüntüləri "TikTok" sosial şəbəkəsində paylaşıblar.

Görüntülərdən görünür ki, ətrafda yaşayış evləri sürüşmə təhlükəsi ilə üz-üzə qalıblar. Bu ərazidə hər an faciə baş verə bilər.

Hadisə yerindən video paylaşan sakin memar olduğunu, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq tikinti şirkətinin rəsmilərinin onu dinləmədiyini deyib. Qazılan özülün isə ətrafda olan evləri təhlükə ilə üz-üzə qoyduğunu bildirir.

Onun sözlərinə görə uçma təhlükəsi ilə üzləşən evlərdə ailələr yaşayır və onların köçürülməsi təmin olunmayıb.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Chosen
4
4
afn.az

5Sources