“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Msport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan Qurban Qurbanovun komandası üçüncü qrupda qərarlaşıb.
Azərbaycan çempionunun mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya) və “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək.