EN

KDÇ-2025: "Real", "Siti" və "Yuventus" mübarizəyə qoşulur

Bu gün ABŞ-də keçirilən klublarası dünya çempionatında 1-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, turnirin favoritlərindən olan və G qrupunda yer alan İngiltərə təmsilçisi "Mançester Siti" Mərakeşin "Vidad" klubu ilə üz-üzə gələcək. Görüş saat 20:00-da başlayacaq. Bu qrupda yer alan başqa bir nəhəng - İtaliya "Yuventus"u isə BƏƏ-nin "Əl-Əyn" klubu ilə qarşılaşacaq. Bu qarşılaşmanın start fiti saat 05:00-da veriləcək.

Azarkeşləri bu gün daha bir maraqlı qarşılaşma gözləyir. H qrupunda yer alan "Real" yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında ilk matçını keçirəcək. İspaniya nəhənginin rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu olacaq. Bu görüş saat 23:00-da başlayacaq.

Qrupun digər matçında "Paçuka" (Meksika) və "Zalsburq" (Avstriya) komandaları üz-üzə gələcək. Görüş saat 02:00-da keçiriləcək.

Chosen
6
publika.az

1Sources