Bakı. Trend:
Bank Respublika qan donorluğunun inkişafına verdiyitöhfəyə görə mükafatlandırıldı.
Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən,respublikanın aparıcı banklarından biri olan Bank Respublika,növbəti dəfə mükafata layiq görülüb.
Bank, Səhiyyə Nazirliyi Respublika Qan Bankında Ümumdünya QanDonoru Günü münasibətilə keçirilən tədbirdə “Qandonorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyəgörə” xüsusi mükafatla təltif olunub.
Bank Respublika uzun illərdir ki, sosial məsuliyyət strategiyasıçərçivəsində sağlam cəmiyyət rifahına töhfə verən təşəbbüsləridəstəkləyir. Bankın kollektivi könüllü qanvermə aksiyalarında fəaliştirak edir, talassemiya, hemofiliya və leykoz xəstəliklərindənəziyyət çəkən uşaqlara yardım etmək üçün bu nəcib missiyanı davametdirir. Bankın “Qan ver, bir həyat da sən qurtar” şüarı iləkeçirilən qanvermə aksiyaları artıq ənənəvi hal alıb və hər ilbankın rəhbər heyəti və müxtəlif struktarlarında çalışanəməkdaşları bu xeyirxah təşəbəssüsə könüllü olaraq qoşulur.
Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə,donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.