EN

Mil-Muğan regionunda 1071 müəllim sertifikatlaşdırmaya cəlb olunub

İyunun 18-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir.

Ucnoqta.az xəbər verir ki, sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikasiya prosesində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1071 nəfər müəllim iştirak edəcək.

Chosen
9
1
ucnoqta.az

2Sources