EN

UFC döyüşçüsü: Üzümü indi necə görürsünüzsə, döyüşdən sonra da elə görəcəksiniz

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mənim üzümü indi necə görürsünüzsə, döyüşdən sonra da elə görəcəksiniz".

Oxu.Az xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night"ın əsas döyüşündə iştirak edəcək Xalil Rauntri mətbuat konfransında deyib.

Məşhur UFC döyüşçüsü bildirib ki, onun qanı döyüş meydanına düşməyəcək:

"Amma rəqibim Camal Hill barədə bunu deyə bilmərəm. Burnumdan əməliyyat keçirsəm də, hazırda hər şey çox yaxşıdır. O, mənim burnuma zərbə endirə, mənə xəsarət yetirə bilməyəcək".

Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.

Təhməz Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
oxu.az

1Sources