EN

Vəfa indi də bu müğənni ilə QIRĞINA ÇIXDI: polisə verildi – VİDEO

Müğənni Vəfa Şərifova daha bir həmkarı ilə qalmaqal yaşayıb.

Milli.Az xəbər verir ki, Aysel Manaflı adlı ifaçı onu polisə şikayət edib.

Sənətçi iddia edib ki, Vəfa onu açıq-saçıq görüntüləri ilə şantaj edir.

“Vəfa görüntülərimin əlində olduğunu deyir. Onun uşaqlarının atası, iş adamı Famil Xəlilov da mənə şər ataraq yalan danışmaqda ittiham edir. Xahiş edirəm, haqq-ədalət bərqərar olunsun, hər iki şəxs cəzalandırılsın. Mənə etdikləri ilə bağlı əlimdə tutarlı sübutlarım da var. Vəfa məni təhdid edir, şər atır ki, əlində oteldə çəkilən əxlaqsız görüntülərim var. Hətta onun bir neçə şəxsə göndərdiyini deyir. Ona dəfələrlə bildirdim ki, məni təhdid edirsən, böhtan atırsan. O isə israrla o videogörüntünün mənə məxsus olduğunu vurğulayır və mənim şərəf, ləyaqətimi alçaldır.

Qeyd edək ki, sənətçi qalmaqal yaşadığı Vəfa Şərifova ilə telefon danışığını özü yayıb.

Chosen
7
10
editor.az

10Sources