EN

İsrail tankı un almağa gələnlərə atəş açdı: 59 ölü, 200 dən çox yaralı

ain.az, Bakupost portalına istinadən məlumat verir.

İsrail tankları Qəzzanın cənubunda humanitar yardım almaq üçün gələn kütləyə atəş açıb. 59 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” fələstinli həkimlərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrail hərbçiləri "izdiham yaxınlaşdıqdan sonra" bölgədə atışma olduğunu etiraf edib, hadisəni araşdırdıqlarını və "günahsız insanlara vurulan zərərə görə" təəssüfləndiklərini bildirib.

Şahidlərin dediyinə görə, ən azı iki mərmi atılıb.

"Birdən bizim qabağa keçməyimizə imkan verdilər,hamını topladılar, sonra mərmilər düşməyə başladı, tank mərmiləri. İnsanlar uşaqlarını yedizdirmək üçün un almağa çalışırdılar", - deyə Reuters-ə Nasser Xəstəxanasına yerləşdirilən hadisə şahidi bildirib.

Zaur,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
www.bakupost.az

2Sources