EN

Saraydan "qızıl tualet" oğurlandı

İtalyan rəssam Mauritsio Kattelanın İngiltərənin Blenheym sarayında saxlanılan "qızıl tualet" əsərini oğurlamaqda iştirak edən iki nəfər həbs edilib.

Modern.az xəbər verir ki, oğurluğa görə Ceyms Şin 4 il, Maykl Cons isə 27 ay müddətinə azadlıqdan məhrum edilib.

Oğurluq hadisəsi 2019-cu il sentyabrın 14-də baş verib. Bir qrup şəxs avtomobillərlə saraya soxulub, darvazaları aşaraq pəncərəni sındırıb, tualeti döşəmədən qoparıb və beş dəqiqə ərzində onu aparıblar. Polis oğruları saxlasa da, qiymətli eksponatın özü tapılmayıb.

Cinayətin təşkilatçısı olduğu deyilən Ceyms Şin 2024-cü ilin aprelində oğurluq etdiyini etiraf edib. Prokurorların sözlərinə görə, Maykl Cons soyğundan əvvəl saraya kəşfiyyat səfərləri də edib.

Qeyd edək ki, Mauritsio Kattelan hələlik hökmü şərh etməyib. Rəssam həm də "Komediyaçı" (divara yapışdırılmış banan) əsəri ilə tanınır. Həmin əsəri alan kripto maqnatı Castin Sun daha sonra onu Honq-Konqda keçirdiyi mətbuat konfransı zamanı yeyib.

Chosen
3
modern.az

1Sources