EN

Kərə yağı zərərlidirmi? – Mütəxəssis RƏYİ

Kərə yağı süd və ya qaymağın çalınaraq ayrılması ilə əldə edilən təbii heyvani mənşəli yağdır.

 

Pravda.az bildirir ki, A, D, E və K vitaminləri ilə zəngin olan bu məhsul enerji mənbəyi olmaqla yanaşı, bağırsaq sağlamlığını və hüceyrələrin yenilənməsini dəstəkləyir.

 

Mətbəxdə yeməklərə ləzzət və gözəl qoxu vermək üçün geniş istifadə olunan kərə yağı, həm də şirniyyat və xəmir məmulatlarının da əsas tərkib hissəsidir. Lakin tərkibindəki yüksək doymuş yağ səbəbi ilə porsiya nəzarəti vacibdir.

 

Mütəxəssislər bildirir ki, kərə yağı düzgün miqdarda qəbul edildikdə immun sisteminə, sümük və hüceyrə sağlamlığına müsbət təsir göstərir. Həddindən artıq istifadəsi isə xolesterin səviyyəsinin yüksəlməsi ilə ürək-damar xəstəliklərinə yol aça bilər. Bu səbəbdən təbii və qatqısız kərə yağı məhsulları seçilməli və balanslı qidalanma çərçivəsində ölçülü istifadə olunmalıdır.

 

Əminə Bayramova

Tarix: 18 İyun 2025, 12:14   
Chosen
7
2
pravda.az

3Sources