EN

DÇ: Daha bir Azərbaycan cüdoçusu tatamiyə çıxacaq

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, bu gün bir Azərbaycan cüdoçusu mübarizəyə qoşulacaq. Altıncı yarış günündə Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev tatamiyə çıxacaq.

-100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev 1/16 finalda Cared Koss  / Cennaro Pirelli  cütünün qalibi ilə qarşılaşacaq.

Təsnifat görüşləri saat 13:30-dan, final bloku isə  20:00-dan etibarən start götürəcək.

Chosen
14
1
operativmedia.az

2Sources