EN

Fiziyevlə döyüş möhtəşəm olacaq - biz ikimizdə ayaqüstə döyüşməyi sevirik - Çilili döyüşçü İqnasio Baxamondes

Bakı. Trend:

Rəqibimin Rafael Fiziyev olacağına çox sevinirəm. Biz hər ikimizayaqüstə döyüşməyə üstünlük veriri, belə olanda isə döyüş dahamöhtəşəm olur.

Trend xəbər verir ki, bunuBakıda keçirilən mətbuat konfransında “UFC Fight Night Baku”iştirakçısı , çilili MMA döyüşçüsü İqnasio Baxamondes söyləyib.

“Mən Fizievin döyüşlərini diqqətlə təhlil etmişəm – o, həqiqətəngüclü və texnikalı döyüşçüdür, amma əminəm ki, mən ondan dahaüstunəm. O, son üç döyüşünü uduzub və şübhəsiz ki, Bakıda doğmaazarkeşləri qarşısında özünü bərpa etmək istəyəcək.

Çili ənənəvi olaraq futbol ölkəsi hesab olunur, lakin sonillərdə bu sahədə ciddi uğurlar yoxdur. Hazırda bütün ölkə Bakıdamənim qələbəmi gözləyir. Bu, təkcə şəxsi nailiyyət olmayacaq, eynizamanda gənclərə qarışıq döyüş sənətləri (MMA) ilə məşğul olmaqüçün ilham verəcək”, – deyə Baxamondes bildirib.

Xatırladaq ki, “UFC Fight Night” turniri ilk dəfə olaraq 21 iyuntarixində Bakıda keçiriləcək. Baku Crystal Hall-da baş tutacaqdöyüş gecəsində 6-ı əsas kartda, 6-ı isə ilkin kartda, olmaqlaümumilikdə 12 döyüş olacaq.

Bakıda UFC gecəsinin əsas döyüşü UFC-nin keçmiş yarım ağır çəkiçempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntreearasında baş tutacaq.

Ən vacib ikinci döyüş isə yüngül çəkidə Azərbaycanlı döyüşçüRafael Fiziev ilə çilili rəqibi İqnasio Baxamondes arasındakeçiriləcək.

Həmçinin oktaqona çıxacaq azərbaycanlı döyüşçülər – NazimSadıxov və Tofiq Musayev müvafiq olaraq braziliyalı Nikola Mottayavə qırğızıstanlı Mıqtıbek Orolbaya qarşı döyüşəcəklər.

İlkin kart Bakı vaxtı ilə 20:00 başlayacaq.

Yarım yüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) – KlaudiyaSiqula (6-2-0, Polşa) Yarım-orta çəki: Sok Hyon Ko (1-0-0, CənubiKoreya) – Oban Elliott (12-2-0, Uels) Ağır çəki: Hamdi Abdel Vahab(6-0-0, Misir) – Məhəmməd Usman (11-4-0, Nigeriya) Yarım yüngülçəki: Melisa Mallins (7-1-0, İngiltərə) – Darya Jeleznyakova(9-2-0, Rusiya) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) –Pak Çun Yon (18-6-0, Cənubi Koreya) Ən yüngül çəki: Taqir Ulanbekov(16-2-0, Rusiya) – Maksum Azat (17-1-0, Qazaxıstan)

Əsas döyüş kartı isə 23:00-da başlayacaq və döyüşlər aşağıdakıardıcıllıqda olacaq:

Yarım yüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) – BoqdanQrad (15-2-0, Avstriya) Yüngül çəki: Nazim Sadıxov (10-1-1,Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya) Ağır çəki: KörtesBleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya) Yüngül çəki:Tofiq Musayev (UFC-də debyut, Azərbaycan) – Mıqtıbek Orolbay(13-2-1, Qırğızıstan) Yüngül çəki: Rafael Fiziev (12-4-0,Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili) Yarım ağır çəki:Camal Hill (12-3-0, ABŞ) – Xalil Rauntree Jr. (14-6-0, ABŞ)

Məqalədə:
Chosen
1
7
az.trend.az

10Sources