EN

Avstraliya və Aİ təhlükəsizlik və müdafiə əlaqələrini gücləndirəcək

ain.az, Operativ MM saytına istinadən bildirir.

Avstraliyanın Baş naziri Entoni Albanese Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə görüşündə Aİ ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı mövzusunda danışıqlara başlamaq qərarına gəldiklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Albanese bu barədə X sosial media platformasında verdiyi açıqlamada bildirib.

"Avstraliya ticarət, təhlükəsizlik və müdafiə sahələrində Avropa İttifaqı (Aİ) ilə əlaqələrini dərinləşdirir. Bu gün biz müdafiə sənayesi, kibertəhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə mövcud və artan əməkdaşlığımız üçün çərçivə təmin edəcək Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı haqqında danışıqlar aparmaq barədə razılığa gəldik",- deyə açıqlamada qeyd olunub.

Dondurulmuş Azad Ticarət Müqaviləsi (STA) danışıqlarının davam etdiriləcəyini ifadə edən Albanese, bunun Avstraliya və Avropada daha çox iş yeri yaradacağını vurğulayıb.

Albanese ABŞ prezidenti Donald Trampın yüksək səviyyəli iqtisadi komandası ilə görüşdüyünü və iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsi məsələsini müzakirə etdiyini də qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
operativmm.az

2Sources