EN

“Zirə” və “Araz-Naxçıvan” Konfrans Liqasında rəqiblərini tanıyır

Bu gün Azərbaycanın “Zirə” və “Araz-Naxçıvan” komandalarının Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq.

Arena.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Həm “Zirə”, həm də Naxçıvan təmsilçisi səpələnməmişlər sırasında yer alıblar.

3-cü qrupda qərarlaşan Bakı klubunun potensial rəqibləri “Hayduk” (Xorvatiya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Dunayska Streda” (Slovakiya) komandalarından biri və ya “AEK Larnaka” (Yunanıstan) – “Partizan” (Serbiya) cütünün qalibi olacaq.

9-cu qrupda yer alan “Araz-Naxçıvan” isə “Başakşəhər” (Türkiyə), “Omoniya” (Kipr), “Aris” (Yunanıstan) və “Beytar” (Qüds, İsrail) komandalarından biri ilə qarşılaşacaq.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq “Sabah” – “Çelye” (Sloveniya) matçında məğlub olacaq tərəfin potensial rəqibi də bu gün məlum olacaq. Bu cütün potensial rəqibləri arasında “Rapid” (Avstriya), “Yagelloniya” (Polşa), “Universitatya” (Rumıniya) komandaları, həmçinin “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) və “Atletik Eskalades” (Andorra) – “Düdelanj” (Lüksemburq) cütləri yer alıb.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək.

Chosen
17
4
arena.az

4Sources