EN

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının 4-cü görüşündə

Ajans.az APA-ya istinadən xəbər verir ki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib. Tədbirdə çıxış edən Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən yeni təşəbbüs və layihələr barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə gələcək əməkdaşlığa hazır olduğunu bir daha vurğulayıb və təşkilatın regional inkişaf istiqamətindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfər çərçivəsində nazirlik rəsmisi “Huawei” şirkətinin bir sıra qabaqcıl texnoloji obyektlərini – İntellektual Nəqliyyat Sistemləri Mərkəzi və Yaşıl Bulud Məlumat Mərkəzini ziyarət edib. Bu obyektlərə səfər zamanı “ağıllı” nəqliyyat və davamlı rəqəmsal infrastruktur sahəsində tətbiq edilən innovativ texnologiyalarla tanışlıq imkanı əldə olunub.

Bəxtiyar Məmmədov “Huawei” şirkətinin vitse-prezidenti xanım Angela Lin və digər yüksəkvəzifəli rəhbərlərlə görüş keçirib. Görüşdə rəqəmsal infrastruktur, “ağıllı" nəqliyyat sistemləri və yaşıl texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Chosen
7
14
Ajans.az

10Sources