EN

Paşinyan: Buna dözməyəcəm

Ermənistanın Baş naziri Nikol Paşinyan tanınmış iş adamı Samvel Karapetyanın son açıqlamalarını ölkəyə qarşı hədələyici hesab edir.

Milli.Az xəbər verir ki, parlamentdə jurnalistlərə açıqlama verən Paşinyan qeyd edib ki, Karapetyanın "siyasətçilər uğursuz olarsa, biz də müdaxilə edəcəyik" ifadəsi dövlətə qarşı təhdiddir.

Paşinyan vurğulayıb: "Heç kimə Ermənistan və onun hakimiyyəti ilə bu tonda danışmağa icazə vermərik, mən buna dözməyəcəm".

Karapetyan son bəyanatında Ermənistan Apostol Kilsəsinə dəstəyini ifadə etmiş, "kiçik bir qrupun ÜAK-a hücumu"nu pisləmişdi. Paşinyan isə bildirib ki, bu bəyanatın dinlə əlaqəsi yoxdur və onun enerji sektoru ilə bağlı təzyiqlərlə əlaqəli olduğunu düşünür.

Paşinyan həmçinin, Karapetyanı "Elseti" şirkəti vasitəsilə ölkədə süni enerji böhranı yaratmaqda ittiham edib. O, vəziyyətin araşdırılması üçün dövlət orqanlarına iyunun 21-dək vaxt verdiyini xatırladıb.

Qeyd edək ki, Karapetyanın evində axtarış aparılıb və ilkin məlumata görə, 45 nəfər saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyi və Erməni Apostol Kilsəsi bu hadisələrə münasibət bildirib və Karapetyana qarşı təzyiqlərin dayandırılmasına çağırıb.

Fidan
Milli.Az

Chosen
11
1
milli.az

2Sources