EN

2026-cı ildən AJet donanmasına 14 təyyarə əlavə olunacaq

BAKI, TurkicWorld

AJet 14 yeni nəsil təyyarə üçün müqavilə imzalayıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin ən gənc hava yolu şirkəti AJet Paris Aviasiya Sərgisində 14 ədəd Airbus A321neo təyyarəsinin icarəsi üçün Avolon və Carlyle Aviation Partners şirkətləri ilə müqavilə imzalayıb.

Yeni nəsil təyyarələr 2026-cı ildən etibarən AJet donanmasına daxil olacaq.

İmzalanma mərasimində Türk Hava Yolları və AJet-in İdarə Heyətinin sədri Ahmet Bolat və tərəfdaş şirkətlərin yüksək vəzifəli rəhbərləri iştirak ediblər. Müqaviləyə əsasən, 10 təyyarə Avolon, 4 təyyarə isə Carlyle Aviation Partners tərəfindən təmin ediləcək.təyyarə

Ahmet Bolat bildirib ki, AJet-in davamlı böyümə vizyonuna uyğun olaraq atılan bu addım həm şirkətin gənc və ətraf mühitə uyğun donanmasının formalaşmasına, həm də sərnişin məmnuniyyətinin artırılmasına xidmət edəcək. Onun sözlərinə görə, bu təyyarələr istər əməliyyat səmərəliliyi, istərsə də ekoloji davamlılıq baxımından strateji əhəmiyyət daşıyır.

Yeni Airbus A321neo-lar əvvəlki modellərlə müqayisədə 20% az yanacaq sərf edir və 50% daha az səs-küy yaradır. Təyyarələrin karbon emissiyası da 20% aşağıdır. Bu təyyarələr maksimum 244 sərnişin tutumuna və 7400 km uçuş məsafəsinə malikdir.

Qeyd edək ki, AJet Türk Hava Yolları tərəfindən qurulan və sərfəli qiymət strategiyası ilə fəaliyyət göstərən törəmə aviaşirkətdir. Şirkət qısa müddətdə regionda rəqabətə davamlı hava yolu daşıyıcısına çevrilməyi hədəfləyir.

Chosen
25
turkic.world

1Sources