Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
15 iyun Milli Qurtuluş Günü Azərbaycan Dəmir Yolları öz sərnişinlərini sevindirməyi bacardı. Belə ki, həmin gün daha bir tarixi an yaşanaraq Bakıdan Qazaxa ilk dəfə yeni sürətli qatar yola düşdü. Yeni Bakı-Qazax qatarının ilk sərnişinləri vətəndaşlarımızla yanaşı, media və mətbuat nümayəndələri, o cümlədən Azərbaycan Dəmir Yolları rəsmiləri oldu.
Avtosfer.az saytı olaraq biz də bu səyahətdə iştirak etdik. Əməkdaşımız erkən saatlardan Bakı Dəmiryol Vağzalında media nümayəndələri və vətəndaşlarla birlikdə qatara minib. Saat 8:00-da yola düşən qatar Biləcəri, Ucar,Ləki, Yevlax, Goran, Gəncə , Dəllər, Qovlar, Tovuz, Ağstafa stansiyalarında dayanaraq son istiqamət kimi Qazaxa yola düşüb. 13:36-da qatar Qazax stansiyasına çatıb. Bundan sonra şəhər özünün ilk sürətli qatarı ilə gələn sərnişinlərinə qovuşub. ADY rəsmiləri, nəqliyyat eksperti Rauf Ağamirzəyev və media nümayəndələrinə açıqlamalarla çıxış edib.
Saytımıza müsahibəsində ADY-nin Sərnişin Daşımaları departamentinin müdiri Azər Fərəcov deyib ki, yeni qatar 5 il əvvəklki qatarlardan daha tez Qazax stansiyasına çatır:
“Gün ərzində Qazaxa 2 qatar təşkil ediləcək. Eyni zamanda Qazaxdan Bakıya doğru da eyni vaxtlarda 2 qatarın hərəkət etməsi nəzərdə tutulub. ADY-nin dinamik qiymət siyasətinə əsasən tənzimlənən biletlərin minimum qiyməti 16,2 manat olacaq. Bəzi biletlərin qiymətinə həm də qidalanma da daxildir. İsveçrənin “Stadler” şirkətinin qatarları ilə artıq 10000 sərnişin artımı gözlənilir. Bütün istiqamətlərdə sərnişin tələbatına uyğun olaraq, müşahidələr aparılır və mərhələli olaraq qatarların sayı artırılır.gələcəkdə də bu istiqamətdə ehtiyac yarandığı təqdirdə həmin məsləyə də baxılacaq və müvafiq qərar qəbul olunacaq”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu istiqamətdə təşkil edilən yeni qatarlar rayonda yeni iqtisadi aktivliyə səbəb olacaq:
"Ümumi olaraq dəmir yolu daşımaları komfortlu və sürətlidir. Hər yeni məntəqənin əlavə olunması yeni fürsətlər yaradır və yeni iqtisadi aktivliyə səbəb olur. Düşünürəm ki, ümumi olaraq bu hadisə regionlararası inteqrasiyaya da müsbət təsir edəcək".
Tədbirdən sonra iştirakçılar üçün ziyafət təşkil edilib. Daha sonra saat 16:20-də üzü Bakıya yenidən sürətli qatarla yola düşülüb. Axşam saat 21:49-da qatar Bakı Dəmiryol Vağzalına çatıb.
Səfər
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.