
“Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin işinə müdaxiləsi yolverilməzdir, onun primat və iyerarxlarının təhqir olunması hiddət doğurur. Rus Pravoslav Kilsəsi öz kilsəsinin ləyaqətini müdafiə edən erməni dindarları ilə həmrəydir”.
Reyting.az xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin müşaviri, protokos Nikolay Balaşov “RİA Novosti”yə deyib.
“Erməni Apostol Kilsəsinin primatına və iyerarxlarına qarşı kobud təhqirlər utanc və qəzəb hissi doğurur. Biz öz kilsəsinin ləyaqətini müdafiə edən erməni dindarları ilə həmrəyik. Dünyəvi hakimiyyət nümayəndələrinin ən mühüm milli-mənəvi institutun daxili həyatına həyasızcasına müdaxilə cəhdləri çoxəsrlik tarixə tab gətirə bilməyən, qəddarlıqla qəbuledilməzdir”,- deyə N. Balaşov əlavə edib.
V. QULİYEV