EN

AMADA rəsmiləri Avropa antidopinq konfransında iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmiləri Norveçin Bergen şəhərində keçirilən “Milli sistemləri gücləndirmək üçün Avropa NADO-larını bir araya gətirmək” adlı yüksək səviyyəli konfransda iştirak ediblər.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb. 

Tədbirə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, icraçı direktorun müavini Rüfət Efendiyev və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı qatılıb.

Avropa Şurası və Norveç Antidopinq Agentliyi tərəfindən birgə təşkil olunan tədbirdə Ümumdünya Antidopinq Agentliyinin (WADA) yüksək vəzifəli şəxsləri, 40-dan artıq milli antidopinq təşkilatının nümayəndələri, beynəlxalq ekspertlər və dövlət rəsmiləri iştirak ediblər. Konfransda əsas çıxışçılar sırasında Avropa Şurasının Baş katibinin müavini Byörn Berqe, WADA-nın Prezidenti Vitold Banka, Avropa Şurasının Antidopinq bölməsinin Rəhbəri Ceymi Braun, Norveç Antidopinq Agentliyinin İdarə Heyətinin sədri Rune Andersen və Norveçin Mədəniyyət və Bərabərlik Nazirliyinin dövlət katibi Erlend Hanstveit yer alıblar. Bu rəsmilərin iştirakı tədbirin siyasi və institusional əhəmiyyətini bir daha önə çıxarıb. Konfransda qitədə antidopinq sahəsinin qarşılaşdığı əsas çağırışlar və strateji prioritetlər müzakirə olunub.
 

Chosen
19
fanat.az

1Sources