EN

Uolkott futbolda alman və ingilis zehniyyətini müqayisə etdi

İngiltərə yığmasının keçmiş sağ cinah hücumçusu Teo Uolkott futbolda alman və ingilis zehniyyəti arasındakı fərqdən söhbət açıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, Uolkott müvafiq mövzuda fikrini, 21 yaşa qədər (U-21) komandaların Avropa çempionatının finalında, “üç şir”in “bundestim”ə 0:4 hesablı məğlubiyyətini əsas gətirməklə ifadə:

“Demək olar ki, onlar bizim güc-qüvvətimizlə qidalanırdılar. Onlar birinci, ardınca isə ikinci qolu vurduqda, görünürdü ki, onlar meydandan getmək istəmirdilər. Onlar buna elə peşəkrcasına yanaşırdılar ki, bu, sadəcə göstərdi ki, əgər hər bir xüsus peşəkarcasına icra edilsə, onda, nəsə xususi bir məqam baş verəcək. Həmçinin onlar 2014-cü il dünya çempionatını da bunun sayəsində qazandılar.

Almanlar çox ciddidirlər, biz isə bəzən elə də ciddi deyilik. Bu, bizim etməli olduğumuz tərpənişdir. Bizə, daha ciddi olmağa başlamaq gərəkdir, xüsusən də beynəlxalq səviyyədə”, deyə Uolkott vurğulayıb.

Chosen
19
arena.az

1Sources