Ermənistan Baş naziri Nikol Paşinyan yaxın günlərdə Türkiyəyə səfər edəcəyini təsdiqləyib.
News365.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Səfər planlaşdırılır, səfərlə bağlı razılaşmaların paralellik baxımından pozulmaması üçün mən yalnız artıq məlum olanı deyəcəyəm. Səfərin gündəliyi ilə bağlı birgə bəyanat olacaq”, - Paşinyan qeyd edib.
Ermənistan hökumətinin başçısının səfəri iyunun 20-nə planlaşdırılıb.