EN

İndoneziyada vulkan püskürdü: Beynəlxalq uçuşlar ləğv edildi

İndoneziyanın Şərqi Nusa Tenggara əyalətinin Şərqi Flores bölgəsində yerləşən Lewotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində yaranan kül buludu səbəbilə bölgədə beynəlxalq aviareyslər ləğv edilib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İndoneziya hava limanları idarəçiliyi "Angkasa Pura Indonesia" məlumat yayıb.
 
Məlumata görə, vulkanik fəallıq səbəbilə Bali adasındakı Denpasar Beynəlxalq Hava Limanı və bölgədəki digər hava limanlarında bir sıra uçuşlar təxirə salınıb.

Ləğv olunan uçuşlar sırasında Avstraliyadan Jetstar və Virgin Australia, Hindistandan Air India, Yeni Zelandiyadan Air New Zealand, Sinqapurdan Singapore Airlines və Çindən Juneyao Airlines aviaşirkətlərinin reysləri yer alıb.

Bundan əlavə, İndoneziyanın daxili aviaşirkətlərindən biri olan Air Asia da bir çox daxili reyslərini ləğv edib.
 
 
 

Chosen
2
1
7news.az

2Sources