EN

Kazino oyunları barədə məlumatlar dövlət sirri hesab edilməyəcək

Bakı. Trend:

Dövlət sirri təşkil edən məlumatların siyahısında dəyişiklikedilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrininbu gün keçirilən birgə iclasında müzakirə olunan “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qumar oyunlarının təşkilinə və həminoyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında”Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədəntərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş qaydadakeçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün)Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaqsahələrinin yaradılması haqqında” Qanunla müəyyən edilmiş qaydadatəşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlaristisna olmaqla)” dövlət sirri təşkil edən məlumat hesabediləcək.

Mövcud qanunvericiliyə əsasən, qumar oyunlarının təşkilinə vəhəmin oyunlarda iştiraka təhrik edən məlumatlar dövlət sirri təşkiledən məlumat hesab edilir.

Məqalədə:
Chosen
16
2
az.trend.az

3Sources