EN

İrəvanda saxlanılan rusiyalı iş adamını Azərbaycan 2021-ci ildə axtarışa vermişdi

Xəbər verdiyimiz kimi, rusiyalı iş adamı, “Taşir” şirkətlərin qrupunun rəhbəri Samvel Karapetyan dünən İrəvanda saxlanılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirləndirilir.

Bizim.Media xatırladır ki, Azərbaycan 2021-ci ildə “Dağlıq Qarabağ”a qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına əsasən, həmin dövrdə biznes fəaliyyəti ilə məşğul olan Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib, Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir sıra cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zamanı öz ifadələrində Karapetyanın da adını hallandırır.

Bizim.Media

Chosen
8
3
bizim.media

4Sources