EN

Kazino oyunları ilə bağlı bəzi əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək

Azərbaycanda kazino oyunlarının təşkilatçısı müştəri uyğunluğu tədbirlərini, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirməli olacaq.

“İki sahil” xəbər verir ki, bununla bağlı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda dəyişlik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, bu halda kazinolarda yalnız çiplər və yaxud tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.

Bundan başqa, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4.8-ci maddəsinin tələbləri müştəri 3 min manat və yaxud daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirdikdə tətbiq ediləcək. Həmin maddə xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının verifikasiyasını nəzərdə tutur.

Chosen
19
9
ikisahil.az

10Sources