EN

“Sonra ağlayırlar ki, səhv etdik, bağışlayın” DİM dən XƏBƏRDARLIQ

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sualların imtahandan əvvəl kənara sızdırılması prosesi müşahidə olunmayıb. Bu hal sadəcə 21 əvvəl - 2004-cü ildə baş verib. Onda da bütün nəticələr ləğv olunub, yeni imtahan keçirilmişdi. Ancaq imtahan zamanı məlumatların başqa şəxslərə göndərməsi kimi hallarla qarşılaşırıq”. 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının suallarının kənar şəxslərə ötürülməsi ilə bağlı suala cavab verərkən bildirib. 

“Bu il də müşahidə etdik ki, kimlərsə imtahan zamanı telefonla zala keçir, nəyinsə şəklini çəkib, kiməsə göndərir. Bu cür halların hər biri açılır. Telefonlar zalda tutulur, bəziləri imtahandan sonra da açılır”. M. Abbaszadə vurğulayıb ki, DİM cavab kartlarını yoxlayarkən köçürmə hallarının baş verməsinə də diqqət edir:

“Kim-kimdən köçürür onu da bilirik, bu istər imtahan zalında, istərsə də imtahandan sonra nəticələri təhlil edərkən bəlli olur. Cavablarda bənzərliyin olduğunu gördükdə həmin nəticələr də istisnasız ləğv olunur”. Qurum rəhbəri bildirib ki, bu kimi hallarda həmin şəxslər heç bir müsabiqəyə buraxılmır.“Bu il də valideynlər tərəfində bizə müraciət edilir ki, övladım qəbul imtahanında köçürüb və tutulub. Amma siz imkan verin ki, o buraxılış imtahanında topladığı balla V qrupda ixtisas seçimində iştirak etsin. Buna da icazə vermirik. Həmin il bu cür hal müşahidə edilirsə, ümumiyyətlə həmin şəxs ümumi müsabiqədə iştirak etmir”. 

M.Abbaszadə “Hədəf” verilişində onu da vurğulayıb ki, ikinci cəhd imtahanında bu kimi hallarla daha çox baş verir:“Yüksək nəticə əldə edən şagirdlərə müəllim adını daşıya bilməyən şəxslər deyir ki, sən artıq yüksək nəticə əldə etmisən, get bu dəfə başqasının yerinə imtahan ver. Həmin şəxslər də tutulur və yüksək bal toplayan şəxsin də nəticələri ləğv olunaraq, müsabiqədən kənarlaşdırılır, həm də yerinə gəldiyi şəxsin prosesdə iştirak etməsinə imkan verilmir”. 

“Sonra ağlayırlar ki, səhv etdik, bağışlayın. Bu kimi hallar bağışlanmır və bağışlanmayacaq da” – deyə qurum rəhbəri sonda qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
modern.az

2Sources