UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan təmsilçisi "Sabah"ın da potensial rəqibi bəli olub.
Mübarizəyə birinci mərhələdən başlayacaq ölkə kubokunun qalibi Sloveniyanın "Sele" komandasını keçəcəyi təqdirdə, növbəti rəqibi AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi olacaq.
"Bayquşlar"ı II mərhələyə adlasa, ilk oyununu öz meydanında keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 24 iyulda, cavab görüşü bir həftə sonra keçiriləcək.