EN

Maksimum bal toplayan müəllim: Sertifikasiyaya özüm hazırlaşdım

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesindən daha bir müəllim maksimum nəticə göstərib.

 

Belə ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin ilk günü Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova bu mərhələdə maksimum nəticə - 60 bal toplayaraq yüksək göstərici ilə fərqlənib.

 

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

 

Fəridə müəllimin sözlərinə görə, 60 bal toplaması onun üçün sürpriz olub:

 

"İxtisasdan tam olaraq əmin idim. Çünki ixtisasıma çox güvənirdim. Biraz tərəddüddə qaldığım sual kurikulum hissəsi idi. 55-dən yuxarı bal toplayacağımı gözləyirdim. Lakin 60 bal toplamağım mənə çox sürpriz oldu. Riyaziyyat üzrə suallar çox rahat idi. Rahat dedikdə yəni müəllimə uyğun suallar tərtib edilmişdi. 

 

Suallar orta səviyyəli idi. Buna nə asan, nə də çətin demək olar. Əslində, sualların bundan daha çətin olacağını gözləyirdim. Sadəcə burada ən əsas nüans vaxtı düzgün bölmək idi. Lakin mən hansısa sualın üzərində çox düşünmədim. Sulları axıcı şəkildə cavablandırırdım. Açığı 2-3 sualda iki variant arasında qaldığım üçün düzgün olacağına əmin deyildim. Amma onlar da düz çıxdı".

 

Maksimum bal toplayam müəllim söyləyib ki, o, həm MİQ-ə, həm də sertifikasiyaya özü hazırlaşıb:

 

"Sadəcə kurikulumdan son 2 ay hazırlığa qoşulmuşdum. Sentyabrda 4 il olacaq ki, riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. Ali məktəbi bitirəndən bu günə qədər Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə çalışıram. Mən tədris etdiyim fənni çox sevirəm".

 

"Suallar çətin deyildi, amma hədsiz diqqət tələb edirdi", - deyə müəllim fikrinə əlavə edib:

 

"21 əsrin müəllimindən tələb olunur ki, "sən çox diqqətli olmalısan". İkinci növbədə isə əzmkar olmaq lazımdır. Həm işləyirdim, həm də hazırlıq keçirdim deyə bəzən 3-4 saat yata bilirdim. Bir uğura çatmaq istəyiriksə nədənsə keçmək lazımdır. Əsas məsələ məqsədyönümlü olmaqdır".

Chosen
7
azedu.az

1Sources