EN

Xroniki xəstəliyi olan insanlar isti havalarda diqqətli olmalıdırlar - Zakir Quliyev

Bakı. Trend:

Bir çox xroniki xəstəliyi olan insanlar isti havalarda diqqətliolmalıdırlar. Ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə yüksəktemperatur qan damarlarının genişlənməsinə və təzyiqin düşməsinəsəbəb ola bilər. Bu isə ürək döyüntülərinin artmasına, ürəyinyükünün çoxalmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxarabilər.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, hipertoniya və hipotoniya xəstələri üçün dəisti hava təzyiqin qeyri-sabitləşməsinə səbəb olaraq başgicəllənmə,ürəkbulanma, hətta huş itkisi ilə nəticələnə bilər:

“Şəkərli diabet xəstələrində susuzlaşma daha tez inkişaf edir,bu isə qanda şəkərin kəskin yüksəlməsinə və ya düşməsinə gətiribçıxara bilər. Üstəlik, bəzi diabet dərmanları və insulin bədəndəmaye itkisini artırır. Xroniki tənəffüs xəstəlikləri, xüsusiləastma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olanlarda istihava ilə birlikdə artan rütubət nəfəs darlığını artırır, tutmalarıntezliyini yüksəldə bilər.
Böyrək xəstəlikləri olan şəxslər isə maye-elektrolit balansınınpozulmasına daha həssasdırlar, çünki bədən temperaturununtənzimlənməsi üçün lazım olan tərləmə funksiyası onlarda böyrəkyükünü artırır və bu, böyrək funksiyasının daha da zəifləməsinəsəbəb ola bilər”.

Mütəxəssis-ekspert qeyd edib ki, hamilə qadınlar, yaşlı insanlarvə azyaşlı uşaqların orqanizmi isə temperatur dəyişikliklərinəqarşı daha az adaptasiya qabiliyyətinə malikdir:

“Onlarda susuzlaşma, istilik iflici və digər istiliklə bağlıpozğunluqlar daha tez baş verir. Buna görə də, bu qruplara aidinsanlar günün ən isti saatlarında (adətən 11:00–17:00 arası) çöldəolmamalı, bol maye qəbul etməli, yüngül və açıq rəngli geyimlərgeyinməli, birbaşa günəş işığından qorunmalı və müntəzəm olaraq qantəzyiqi, qan şəkəri kimi göstəricilərini izləməlidirlər”.

Məqalədə:
Chosen
10
2
az.trend.az

4Sources