BAKI, 18 iyun. TELEQRAF
Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirəcək Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsiAİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində maliyyələşdirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) birgə nəşr etdiyi Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi mövzusunda hesabatda qeyd edilib.
Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji potensialı dünyada ən böyük və perspektivli ehtiyatlardandır. Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi enerjinin ixracını təmin etməklə yanaşı, bu sahədə iri investisiya layihələrinin iqtisadi səmərəliliyini artıracaq.
Hesabatda vurğulanıb ki, Xəzər və Qara dəniz interkonnektorlarının tikintisi, xüsusilə onların dənizaltı və transsərhəd xarakteri nəzərə alındıqda, böyük maliyyə yatırımları tələb edir. Bu məqsədlə güzəştli maliyyələşdirmə, dövlət zəmanətli kreditlər və qarışıq maliyyə mexanizmlərinin tətbiqi vacibdir.Sənədə əsasən, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də yaşıl iqlim fondları bu prosesdə əsas rol oynaya bilərlər.