EN

Premyer Liqa: İngiltərədə yeni mövsümün püşkü atıldı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün püşkü atılıb və yeni mövsümün təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İngiltərə Premyer Liqanın 2025/2026-cı illər mövsümünə avqustun 15-də start veriləcək. Sonuncu – 38-ci turun oyunları isə 2026-cı ilin 26 may tarixində keçiriləcək.

İngiltərə çempionatının 1-ci turunun oyun cədvəli isə belədir:

15 avqust

23:00. “Liverpul” – “Bornmut”

16 avqust

15:30. “Aston Villa” – “Nyukasl Yunayted”
18:00. “Brayton” – “Fulhem”
18:00. “Nottingem Forest” – “Brentford”
18:00. “Sanderlend” – “Vest Hem”
18:00. “Tottenhem” – “Börnli”
20:30. “Vulverhempton” – “Mançester Siti”

17 avqust

17:00. “Çelsi” – “Kristal Pelas”
19:30. “Mançester Yunayted” – “Arsenal”

18 avqust

23:00. “Lids Yunayted” – “Everton”

Chosen
9
arena.az

1Sources